Çində vaksinasiya prosesinin birinci mərhələsinə start verilib
26.12.2020 21:02

Çində yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyanın ilk mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan şəxslərə peyvənd vurulmasına başlanılıb.

 

Aztibb.az xəbər verir ki, əvvəlcədən elan olduğu kimi, iki mərhələli vaksinasiya prosesinin ilk mərhələsində tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunacaqlar.

 

Peyvənd olunanlar allergik reaksiyaların olub-olmamasını dəqiqləşdirmək üçün saat yarım ərzində tibb məntəqəsində saxlanılır. Yaşı 18-59-dək olan və heç bir xroniki xəstəlikdən əziyyət çəkməyənlərə peyvənd vurulur. Həmin şəxslərə 2 həftədən sonra ikinci doza peyvənd vurulacaq.

 

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, iyul ayından bəri fövqəladə proqram çərçivəsində xüsusi risk qrupundan olan bir milyondan çox şəxsə COVID-19-a qarşı peyvənd vurulub. Hələlik ciddi əks təsir qeydə alınmayıb.

 

Qeyd edək ki, Çin hökuməti ölkədə COVID-19 infeksiyasına qarşı 2 mərhələdə vaksinasiya strategiyasını təsdiq edib. Birinci mərhələdə vaksinasiyanın qış-yaz dövründə başa çatması planlaşdırılıb. Peyvəndlər iri həcmdə bazara daxil olandan sonra ikinci mərhələ başlayacaq və bütün əhalinin vaksinasiyasına imkan yaranacaq.

 

Çin mütəxəssislərinin COVID-19 infeksiyasına qarşı hazırladıqları peyvənd namizədlərindən hazırda beşinin 3-cü mərhələ kliniki sınaqları aparılır. "Sinopharm" şirkətinin 2, "Sinovac"ın bir peyvəndinə isə fövqəladə istifadəsi proqramı üçün icazə verilib. Hər 3 peyvənd təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib