Britaniyada koronavirusun mutasiyası əhəmiyyətli dərəcədə deyil - ÜST
25.12.2020 17:42

Böyük Britaniyada aşkarlanan koronavirus mutasiyası cüzidir və diaqnostika, preparatlar və vaksin vasitələrinın effektivliyinə təsir etmir.

 

Aztibb.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviçə istinadla məlumat yayıb. Onun sözlərinə görə, ÜST bütün tibbi və sosial tədbirlər bazasını reallaşdırmağı, o cümlədən xəstələrin izolyasiya olunmaları üçün test və izləmə tədbirlərini, həmçinin gigiyena, fiziki distansiya və maska kimi individual qoruma vasitələrinin tətbiqini tövsiyə edir.

 

Melita Vuynoviç qeyd edib ki, birgə fəaliyyət və təşvişin aradan qaldırılması Böyük Britaniya və digər ölkələrdə koronavirusun yeni ştammının aşkar edilməsi ilə bağlı vəziyyəti nəzarətdə saxlamağa imkan verəcək. “Böyük Britaniyada aşkarlanan ştamm genetik mutasiya variantı kimi tanınıb. Burada koronavirusun yeni variantına mindən çox yoluxma aşkarlanıb. Birləşmiş Krallıqda mutasiyaya uğramış virusa ilk yoluxma halları 2020-ci il sentyabrın ortalarına təsadüf edir”, - deyə o bildirib.

 

ÜST-ün nümayəndəsi, həmçinin hazırkı mərhələdə yeni ştammın xəstəliyin ağırlaşması, anticisimlərin reaksiyası və ya vaksinin effektivliyi ilə bağlılığının dəqiq müəyyən edilməsi üçün informasiyanın az olduğunu vurğulayıb.

 

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok İngiltərənin cənub-şərqində koronavirusun yeni ştammının aşkar olunduğunu bildirib. Baş nazir Boris Conson isə ilkin məlumata əsaslanaraq koronavirusun yeni formasının 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını deyib. Dekabrın 20-dən başlayaraq London, Şərqi və Cənub-Şərqi İngiltərə ərazisində və Uelsdə sərt karantin rejimi elan olunub. Bundan sonra yüzdən çox ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır