ÜST Şamaxıda ilkin səhiyyə xidməti imkanlarının öyrənilməsi məqsədilə missiya keçirib
25.12.2020 17:28

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Şamaxı rayonunda tibb işçilərinin təlim ehtiyaclarının və əhalinin ilkin səhiyyə xidmətlərinin əlçatanlığına dair fikirlərinin öyrənilməsi üçün missiya keçirib.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, missiya ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ÜST-ün Sağlam Həyat naminə Qlobal Fəaliyyət Planı tərəfindən maliyyələşdirilən “COVID-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması - PROACT-QAYĞI” layihəsi çərçivəsində baş tutub. “PROACT-QAYĞI” layihəsi COVID-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.

 

Səhiyyə işçiləri üçün təlim ehtiyaclarını öyrənmək məqsədilə 7 fokus qrup müzakirəsi təşkil edilib. Bu müzakirələrdə Şamaxıdakı ilkin səhiyyə xidməti göstərən 27 tibb müəssisəsində - 14 kənd həkim məntəqəsi, 11 kənd tibb məntəqəsi və 2 Ailə Sağlamlıq Mərkəzində çalışan 45 səhiyyə işçisi iştirak edib. Müzakirələr nəticəsində Şamaxı rayonunda çalışan səhiyyə işçilərinin mövcud bilikləri və öyrənmə ehtiyacları barədə dəyərli bilgilər əldə edilib ki, bu məlumatlar onların ehtiyaclarına uyğunlaşdırılmış təlim modullarının yaradılması üçün istifadə ediləcək.

 

ÜST ekspertləri və TƏBİB-in nümayəndəsindən ibarət olan missiya, həmçinin Şamaxı Mərkəzi Rayon Xəstəxanasının direktoru Ehtiram Rüstəmzadə və Rayon İcra Hakimiyyətinin təmsilçisi ilə görüşüb. Missiya üzvləri E.Rüstəmzadə ilə səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində planlarını müzakirə ediblər. “Missiya hərtərəfli məhsuldar oldu, çünki onun məqsədləri çox aktual məsələləri əhatə edirdi. Deyə bilərəm ki, bizim bu görüşümüz çoxdan gözlənilən görüş idi”, - deyə E.Rüstəmzadə qeyd edib. Missiya üzvləri, həmçinin COVID-19-la mübarizə səyləri dəstəkləmək üçün ÜST adından Şamaxı Mərkəzi Rayon Xəstəxanasına 12500 tibbi maska təqdim ediblər.

 

Missiya çərçivəsində ilkin səhiyyə xidmətlərindən istifadənin hazırkı vəziyyətini öyrənməyin ilkin addımı kimi yerli əhali ilə 6 fokus qrup müzakirəsi keçirilib. Şamaxı şəhəri, Əhmədli və Qəleybuğurd kəndlərində keçirilmiş bu müzakirələrdə 40-dan çox yerli əhali iştirak edib. Əldə edilən bilgilər layihənin planlaşdırılması və icrası, xüsusilə də ilkin səhiyyənin əlçatanlığına dair rayonda keçiriləcək telefon sorğusunun hazırlanması üçün istifadə ediləcək.

 

“Biz bu səfərdən çox şey öyrəndik. Biz indi Şamaxıdakı yerli əhali və səhiyyə işçilərinin ehtiyaclarını daha dərindən başa düşürük və onların gözləntiləri və daha yaxşı ilkin səhiyyə üçün necə əməkdaşlıq edə biləcəyimizə dair daha aydın təsəvvürə malikik”, - deyə ÜST eksperti və missiyanın rəhbəri Halil İbrahim Durak bildirib. O, deyib ki, “bu bizim ilk yaxından birgə çalışmağımız idi, lakin sonuncu olmayacaq. Biz birlikdə işləyəcək, birlikdə öyrənəcək, birlikdə dəyişəcək və əlbəttə ki, heç kəsi diqqətdən kənarda qoymayacağıq”.

 

Missiya “PROACT-QAYĞI” layihəsi çərçivəsində gələcəkdə yaxından əməkdaşlıq ediləcək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə Bakıda keçiriləcək görüşlərlə yekunlaşacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır