"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik birinci oxunuşda təsdiq edildi
25.12.2020 16:55

Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik birinci oxunuşda təsdiq edilib.

 

Aztibb.az-ın məlumatına görə, dəyişikliklərin əsas mahiyyəti pensiya təyinatında sosial sığorta prinsiplərinin gücləndirilməsi, bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulan pensiya əlavələrinin Prezident təqaüdləri ilə birləşdirilməsi, sığorta stajı sahəsində güzəştlərin daha 2 il müddətində artırılması, pensiya təyinatının elektronlaşdırılması istiqamətində islahatların dərinləşdirilməsi yolu ilə qanunvericiliyin təkmilləşdirilməsinə nail olmaqdır.

 

Yeni qanun layihəsi aşağıdakı dəyişiklikləri nəzərdə tutur:

 

  1. 19-cu maddənin ləğv edilməsi:

- bu maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.

- bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə birləşdirilməsi təklif olunur. Belə ki, bu maddədə nəzərdə tutulan şəxslərin əksər hissəsi (Azərbaycanın Milli Qəhrəmanlarının şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları, I dərəcə əlilliyi olan şəxslər və sair) Prezident təqaüdləri ilə əhatə olunur və bu pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək , eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir. Hal- hazırda Prezident təqaüdü ilə əhatə olunmayan şəxslər üzrə isə yeni təqaüdlərin təsis olunması nəzərdə tutulur.

 

Eyni zamanda bu maddədə nəzərdə tutulan şəxslər prezident təqaüdü ilə yanaşı, hüquqları yarandığı halda aylıq əsasda sosial müavinət və ya əmək pensiyası da alacaqlar.

2. Pensiya yaşına çatmış şəxslərin əmək pensiyasına əlçatanlığını təmin etmək məqsədilə sığorta stajı sahəsində güzəştlərin daha iki il davam etdirilməsi. Belə ki, 2019-2022-ci illərdə pensiya yaş həddinə çatmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaqdır.

3. Əmək pensiyası sahəsində elektronlaşma ilə əlaqədar əmək pensiyasının şəxsin yaşayış yerindən asılı olmayaraq təyin olunması imkanının yaradılması.

4. Bir sıra prosedur xarakterli məsələlərin (əmək pensiyasının təyin olunma vaxtının, əmək pensiyalarından tutmaların məbləğinin) dəqiqləşdirilməsi və bununla da bir sıra praktiki xarakterli məsələlərin həllinə nail olunması.

 

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib