“Azercell”dən tibb işçilərinə növbəti hədiyyə balans
24.12.2020 19:26

“Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir.

 

Aztibb.az-ın məlumatına görə, şirkətdən bildirilib ki, ölkənin lider mobil operatoru COVID-19-la savaşın ön cəbhəsində olan 1000-dən artıq həkim və tibb işçisinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 50 AZN hədiyyə balans yükləyib. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.

 

Qeyd edək ki, bu, “Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət həyatını riskə ataraq, fədakarlıqla öz vəzifə borcunu yerinə yetirən tibb işçilərinə müxtəlif aylarda hədiyyə balans yükləyərək rabitə dəstəyi göstərib. Bundan əlavə, şirkət infeksiyanın yayıldığı gündən etibarən həssas qrup kateqoriyadan olan insanları dəstəkləmək məqsədilə bir sıra mühüm sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib