Koronavirusun müalicəsində YENİLİK - Bu heyvanın qanından istifadə edilə bilər
24.12.2020 19:40

ABŞ Milli Səhiyyə İnstitutunun tədqiqatçıları COVID-19-un müalicəsində istifadə etmək üçün lama heyvanlarından götürdükləri “Cormac” adlı nano antikorları test ediblər.

 

Aparılan testlərin nəticələrinə əsasən lamalardakı nano antikorların COVID-19-a qarşı təsirli olduğu müəyyən edilib.

 

Araşdırmanı aparan elm adamları lama, alpaka və dəvə kimi heyvanlarda tapılan “NIH-CoVnb-112” antikorunun insan antikorlarına nisbətən daha kiçik və 10 qat daha güclü olduğunu və bu baxımdan koronavirusun müalicəsində və xəstəliklərin qarşısının alınmasında təsirli ola biləcəyini bildiriblər.

 

Laboratoriya təcrübələri “Cormac” adlı lamadan alınan nano antikorların COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun zülalına yapışdığını və onu təsirsiz hala gətirdiyini göstərib.

 

“Bu anti-COVID-19 antikorlarının koronavirus epidemiyası ilə mübarizədə yüksək dərəcədə təsirli və çox yönlü ola biləcəyinə ümid edirik”,- deyə tədqiqat qrupunun rəhbəri professor Devid Brodi qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama