Çin peyvəndi vurduran türkiyəli jurnalist koronavirusa yoluxdu
23.12.2020 18:19

Türkiyənin “Habertürk” telekanalının köşə yazarı Kamal Öztürk Çin istehsalı peyvənd vurdurduqdan sonra koronavirusa yoluxub.

 

Aztibb.az xəbər verir ki, o, bu barədə Fox TV-də teleproqrama telefon vasitəsilə qoşularkən bildirib.

 

K. Öztürk 17 dekabrda koronavirus testindən keçdiyini və testin neqativ nəticələndiyini bildirib.

 

19 dekabrda Çin şirkəti “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini vurdurduğunu bildirən K. Öztürk iki gün sonra bəzi əlavə təsirlərin müşahidə olunduğunu qeyd edib. O, dekabrın 22-si yenidən koronavirus testindən keçib, nəticə pozitiv çıxıb.

 

K. Öztürk bildirib ki, yetərli qoruma yaratmaq üçün peyvəndin 14 gün fasilə ilə 2 dəfə vurulması nəzərdə tutulub. 

 

“Birinci peyvənd dozasından sonra bədən 14 gün ərzində anticisim istehsal etməyə başlayır, ancaq bu, immunitet yaratmaq üçün kifayət deyil. Buna görə ikinci doza 14 gün sonra verilir. İkinci peyvənd dozasından 14 gün sonra bədən artıq virusa müqavimət göstərən anticisim səviyyəsinə çatır. Bu nə deməkdir? Bədənim ilk peyvənd dozasından 28 gün sonra virusa qarşı çox güclü immunitet qazanmış olardı. Ancaq bu müddətdə hər an virusa yoluxmaq ehtimalım var idi”,- deyə Öztürk qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub