Karantin qaydalarını pozan məktəb direktoruna şiddətli töhmət verilib
22.12.2020 22:27

Sosial şəbəkələrdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video-materiallar yayılıb.

 

Aztibb.az-ın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq araşdırma nəticəsində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarına əsasən kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyi halda N. Məmmədovanın doğum günü münasibətilə məclis təşkil edərək xüsusi karantin rejimi qaydalarını pozduğu məlum olub. Bununla əlaqədar olaraq, N.Məmmədovaya Təhsil nazirinin müvafiq əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub