COVID-19 xəstəsi olmuş şəxs nə zaman işə çıxa bilər? - AÇIQLAMA  
31.07.2020 17:16

Əsas məsələ xəstənin tam sağalmasıdır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, xəstənin işə çıxa bilməsi üçün ilk növbədə xəstə tam sağlam olmalıdır: "Bunun isə, neçə gün ərzində olacağını demək olmaz. Mühüm məsələ odur ki, xəstə tam sağalsın və onda əsas əlamətlər olmasın. Xəstənin tam sağaldıqdan sonra işə çıxması ilə bağlı poliklinikalar tərəfindən icazə verilir. Poliklinikaların idarə olunması Səhiyyə Nazirliyinin nəzarətindədir".

 

Poliklinikaların iş prinsipindən danışan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov isə bildirib ki, koronavirusa yoluxmuş xəstədən test götürülür, 2 həftədən sonra əgər xəstədə heç bir problem yoxdursa, sağalıbsa, ona işə çıxması üçün poliklinika tərəfindən icazə verilir. Burada xəstənin tam sağlam olması göstərilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır