Tanınmış psixoloq: "Sərt karantin rejiminə keçid insanların davranışlarında aqressiyaya səbəb olub"
22.12.2020 15:59

Bütün dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası insanların sağlamlığından əlavə psixologiyasına da təsir edir. Pandemiyanın sürətlə yayılması səbəbilə əksər iş yerləri müvəqqəti olaraq dayandırılıb. Sərt karantin rejiminə keçid, iş yerlərinin dayandırılması insanların davranışlarında aqressiyaya səbəb olub.



Bəs insanlar bu aqressiyanı dəf edib, karantin günlərini necə keçirilməlidir?

 

Mövzu ilə bağlı psixoloji aspektlər barədə tanınmış psixoloq Elnur Rüstəmov danışıb. O qeyd edib ki, pandemiya günlərində yaranan aqressiyanın səbəbi şəxslər arasındakı münasibətlərin pozğunluğundan irəli gəlir:

 

"Bu elə bir mövzudur ki, bir formulu yoxdur, insandan-insana dəyişir. Doğrudan da günəmuzd işləyən, evində səhhəti ilə bağlı problemləri olan insanlar var. Bildiyimiz kimi, son zamanlar  koronavirusun tüğyan etdiyi dövrdür. Bu günlərdə hər insanın özünəməxsus qayğısı var. İnsanlara pozitiv qalın demək olmur. Çünki bu pozitivliyi yaratmaq lazımdır. Sadəcə, insanlar mövcud şəraitin qaydalarına adaptasiya olub, bir müddət uyğunlaşmalıdırlar. Bu günlərdə ailə fərdlərinin həmrəyliyi çox vacibdir. Əgər ailədə şəxslər arasında münasibət nə qədər yaxşı olarsa, karantinin çətin mərhələsini rahat keçirərlər.


Qeyd etmək istəyirəm ki, sərt karantin rejimin tətbiq olunması ilə psixologiyamıza, əhval-ruhiyyəmixə təsir edəcək bir sıra faktorlar oldu.


Amma, ailədaxili münasibəti nəzarətdə saxlamaqla çətin günlərin öhdəsindən gələ bilərik".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb