Yaponiyada COVID-19-a yoluxanların sayı son iki ayda iki dəfədən çox artıb
22.12.2020 12:45

Dekabrın 21-də Yaponiyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 200 mini ötüb.

 

Aztibb.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, ölkə üzrə 1086 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Yaponiya üzrə virusa yoluxanların ümumi sayı 201 min 762 nəfər təşkil edib.

 

Xatırladaq ki, bu ölkədə yoluxmaların sayı 100 mini oktyabrın sonlarında çatıb. Bu o deməkdir ki, Yaponiya üzrə koronavirusa yoluxanların sayı son iki aydan az müddətdə iki dəfədən çox artıb.

 

Bildirilir ki, Yaponiyada son vaxtlar koronavirusa yoluxanların sutkalıq göstəricisi ölkədə fövqəladə vəziyyət elan edildiyi dövrdəkini dəfələrlə üstələyib. Yoluxanların 25 faizdən çoxu paytaxt Tokioda qeydə alınıb. Dekabrın 21-də isə paytaxt administrasiyası 392 yeni yoluxma halının qeydə alındığını bildirib. Vurğulanıb ki, bu, tibb müəssislərinin əsasən bağlı olduğu istirahət günlərindən sonra adətən aşağı olan əvvəlki göstəricilərin ən yuxarısıdır.

 

Hazırda təqribən 14 milyon sakinin yaşadığı Yaponiya paytaxtında koronavirusa yoluxanların ümumi sayı 52 minə çatıb.

 

Tokionun qubernatoru Koike Yuriko dekabrın 21-də paytaxt sakinlərinə müraciət edərək onları bayram günləri ərəfəsində və bayram günlərində həyatlarına daha böyük həssaslıqla yanaşmağa çağırıb. Xanım qubernator tokioluları doğmalarının, onları əhatə edən şəxslərin və özlərinin həyatlarını qorumağa çağırıb.

 

Əlavə olaraq bildirilir ki, həmin gün Yaponiyada koronavirusdan 48 nəfər həyatını itirib. Beləliklə, ölkə üzrə pandemiyadan ölənlərin ümumi sayı 2978 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub