Xalq artisti koronavirusdan vəfat etdi
22.12.2020 10:34

Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib. 

 

Aztibb.az xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

 

Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi. 

 

Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

 

S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və s. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. 

 

S. Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti" fəxri adlarına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub