40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb
22.12.2020 09:22

40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.

 

Krallıqda koronavirusun yeni növünün yayılmasından sonra Fransa, Belçika, Almaniya, Danimarka, Avstriya, İtaliya, Bolqarıstan, Çexiya , Rumınıya, İsveç, Estoniya, Litva, Latviya , Kanada, Küveyt, Səudiyyə Ərəbistan, Salvador, Rusiya və Hollandiya kimi ölkələr Britaniyaya olan uçuşları dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı  Avropadakı üzv ölkələrə tədbirləri artırmağı məsləhət görüb.

 

Fransa Britaniya ilə sərhədini 48 saatlıq bağlayıb, bu müddət ərzində uçuşlardan başqa, Dover limanından da heç bir yük maşını və ya gəmi çıxa bilməz.

 

Baş nazir Boris Conson, Fransa prezidenti Emmanuel Makron ilə aralarında danışıq olduğunu və hər iki tərəfin də problemi ən qısa müddətdə həll etmək istədiklərini söyləyib. Həmçinin hökumətin fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edən Baş nazir ticarət axınında heç bir problemin yaşanmaması üçün çalışdıqlarını bildirib.

 

Qeyd edək ki, yeni mutasiya və ölkənin cənub-şərqində və Londonda sürətlə yayılıb. Yeni növ koronovirusun əvvəlkindən 70 faiz daha yoluxucu olduğunu müəyyənləşib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub