“Moderna” şirkəti koronavirus əleyhinə vaksinin 400 min dozasını məhv edib
21.12.2020 16:04

“Moderna” şirkəti koronavirus əleyhinə vaksinin bir partiyasını məhv etməyə məcbur olub.

 

Aztibb.az xəbər verir ki, bu məlumatı ABŞ Prezidentinin COVID-19-a qarşı vaksin yaradılması məsələləri üzrə müşaviri Monsefa Slaui elan edib.

 

Tədqiqatçılar 400 min vaksin dozasının yararsız olmasını aşkar ediblər. Slauinin sözlərinə görə, buna səbəb istehsalın sonrakı mərhələsində - preparat ampulalara doldurulana qədər filtrasiya ilə bağlı problemlər olub. Bununla belə, şirkətin nümayəndələri qeyd ediblər ki, bu fakt vaksin istehsalı planının yerinə yetirilməsinə əsla təsir göstərməyəcək. Plana əsasən, bu ayın sonuna qədər 20 milyon doza vaksin istehsal edilməsi nəzərdə tutulur.

 

“Moderna” şirkətində vaksinin sınaqlarının son mərhələlərində 30 mindən çox insan iştirak edib. Bu vaksinin 94 faiz effektiv olması müəyyən edilib. Belə ki, könüllülərdən yalnız 196 nəfəri COVID-19-a yoluxub. Onların 185 nəfəri plasebo peyvəndi alıb. ABŞ-ın Qida Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi vaksinin tətbiqinə razılıq verib. Bu peyvəndin 18 yaşdan yuxarı şəxslərə edilməsi məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub