Hindlilərin təxminən 70 faizi koronavirusa qarşı peyvənd olunmaq istəmirlər
20.12.2020 18:12

Hindistan sakinlərinin demək olar ki, 70 faizi koronavirusa qarşı peyvənd edilməyi planlaşdırmırlar.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" bildirib.

 

Məlumata görə, əhalinin aşılanmaq istəməməsinin əsas səbəbləri peyvəndin kənar təsirləri barədə məhdud məlumatlar, onun effektivliyinə şübhələr və öz immunitetlərinin infeksiyadan qoruyacağına inamdır.

 
Sorğu Hindistanın 242 bölgəsində aparılıb və 18 mindən çox insanın iştirakı ilə keçirilib.

 

18 dekabrda Hindistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusa qarşı vaksinasiyanın pulsuz və könüllü olacağını açıqlayıb. Ölkədəki 1,3 milyard insanın çox hissəsinin peyvənd edilməsinin bir ildən çox vaxt aparacağı bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub