“Sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB rəsmisi
31.07.2020 10:04

"Virusa yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejimi yumşaldıla bilər".

 

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib ki, yumşaldılma ilə bağlı qərarı aidiyyəti qurumlar vəziyyəti dəyərləndirdikdən sonra açıqlayacaq.

 

Vasif Əliyev bildirib ki, yumşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. İnsanlar yenə də maska taxmalı, sosial məsafə prinsipinə və gigiyenik qaydalara mütləq əməl etməlidir. Xüsusilə sağalan insanlar diqqətli olmalıdır. Çünki növbəti dəfə də virusa yoluxma riski var.

 

İnsanlar sadalanan bu tələblərə əməl etsə, yoluxmalar minimum həddə enəcək. Bu isə sərt karantin qaydalarının yumşaldılmasına səbəb ola bilər.

 

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-nə, ölkə üzrə xüsusi karantin rejimi isə 31-nə kimi müəyyənləşdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır