Ölkəyə ekspress testlər gətirilsin – Milli Məclisdə təklif
18.12.2020 11:32

Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Bu baxımdan özəl sektor da bu mübarizəyə cəlb ediməlidir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

M.Quliyev bildirib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir: “Hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə gündəlik 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsi ilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni imkanlı şəxslər özəl klinikalarda müalicə alsa, digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər”.

 

Komitə sədri, həmçinin ölkəyə ekspress testlərin gətirilməsini təklif edib. O, qeyd edib ki, dünyada 300-ə qədər test növü var: “Sahibkarlara imkan vermək lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib