Türkiyədə hazırlanan COVID-19 peyvəndlərinin heyvanlar üzərində sınaqları uğurla başa çatıb
17.12.2020 17:49

Türkiyədə hazırlanan COVID-19 peyvəndlərindən dördünün heyvanlar üzərində sınaqları uğurla başa çatıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank “TÜBİTAK COVID-19 Türkiyə Platforması Peyvənd və Dərman Konfransı”nda çıxışı zamanı bildirib.

 

O, Türkiyənin elm adamları tərəfindən yeni növ koronavirusa qarşı başladılan peyvənd və dərman istehsalı istiqamətində görülən işlər barədə məlumat verib. Türkiyədə bu platformanın qlobal pandemiya elan edilmədən əvvəl qurulduğunu vurğulayan nazir bu istiqamətdə 49 fərqli qurum və quruluşdan olan 500-ə yaxın tədqiqatçının bir araya gəldiyini qeyd edib:

 

“Hazırda xəstəliyin müalicəsi istiqamətində doqquzu dərman və səkkizi virusa qarşı peyvənd olmaqla ümumilikdə 17 layihə üzərində iş davam edir. Türkiyə ölkədə aparılan ümumi peyvənd layihələrinin sayına görə ABŞ və Çindən sonra üçüncü yerdədir. Tekirdağ və Adıyaman vilayətlərində qurulan xüsusi müəssisələrimizdə adenovirus və peyvəndlərinin dünya standartlarına uyğun istehsalı, eləcə də insanlar üzərində tədqiqatlarına başlanılması nəzərdə tutulur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub