ÜST bayramlardan sonra COVID-19-un növbəti dalğasının qarşısının alınması ilə əlaqədar tövsiyələr verib
17.12.2020 17:34

Bəşəriyyət üçün ağır olan 2020-ci ili yola salarkən, növbəti infeksiya dalğasının növbəti ilin başlanğıcını qaraltmaması üçün tədbir görmək lazımdır. Bunun üçün isə şərait var - əyləncələr və kütləvi toplaşmalar virusun yayılmasına kömək edir. 

 

BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun ekspertləri bu halda hər kəsin ümumi təhlükəsizliyə görə məsuliyyət daşıdığını xatırladır və ən pis ssenaridən yayınmaq üçün sadə tədbirlərə riayət etməyə çağırırlar.

 

Avropada təxminən min xizək kurortu var. Məlumdur ki, infeksiyanın yayılmasında məhz onlar əhəmiyyətli rol oynayıb, insanların yay və payız mövsümləri zamanı kütləvi toplanması isə epidemiyanın yenidən başlanmasına səbəb olub. Xizək gəzintisi zamanı koronavirusa yoluxmaq mümkün deyil, lakin qış kurortunda istirahət qapalı yerlər də daxil olmaqla ünsiyyət qurmağı da əhatə edir.

 

ÜST ekspertləri, hökumətlərə istər idman oyunları, istər dini bayramlar, istərsə də istirahət olsun insan kütləsinin toplanmasını nəzərdə tutan hər hansı bir tədbirin keçirilməsinə qərar verərkən bütün riskləri diqqətlə qiymətləndirmələrini tövsiyə edir.

 

Avropadakı virusla bağlı mövcud ağır vəziyyəti nəzərə alaraq ÜST bu cür tədbirlərin məhdudlaşdırılmasını, təxirə salınmasını və ya ləğv edilməsini zəruri hesab edir. Üstəlik, səyahət icazələri ilə bağlı qərarlar vaxtından əvvəl verilməlidir.

 

Bu il dini mərasimlər adəti üzrə keçirilməməlidir. Birincisi, ÜST mümkün olduqda onları açıq havada keçirməyi məsləhət görür. Bu mümkün deyilsə, iştirakçıların sayını və bu cür tədbirlərin müddətini məhdudlaşdırmaq, fiziki məsafəni saxlamaq, əl gigiyenasına riayət etmək və maskalar taxmaq lazımdır.

 

Məclislər, hətta dar bir dairədə olsalar da, xüsusilə təhlükəlidir - birlikdə yaşamayan və çox ehtimal ki, eyni dərəcədə təhlükəsizlik tədbirlərinə əməl etməyən müxtəlif nəsillərin nümayəndələri bir dam altında toplaşır.

 

Yenə də imkan daxilində açıq havada görüşmək daha yaxşıdır. İnsanlar evdə məclis qurmağa qərar verirlərsə, artıq məlum olan qaydalara riayət etmək lazımdır: fiziki məsafə, əl gigiyenası, maskalar.

 

Bu cür davranış yaxın dostlarınız və doğmalarınızla görüşlər zamanı qəribə görünə bilər, lakin özünüzü və başqalarını təhlükədən qorumağın başqa yolu yoxdur.

 

Unutmayın ki, yaş və sağlamlıq vəziyyətinə görə infeksiyaya qarşı xüsusilə həssas olan insanlar doğmalarına və yaxınlarına irad tutmaq və onlardan uzaq durmağı xahiş etməkdən çox vaxt çəkinirlər. Bu səbəbdən digər insanlar bu insanları təhdid edən təhlükənin fərqinə varmalı və məsuliyyətli davranmalıdır.

 

Bəziləri, hər halda, bu bayramlarda dostlarını və doğmalarını görmək niyyətindədirlər. ÜST sıxlıq olan ictimai nəqliyyatdan istifadə etməməyə çağırır və hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etməyi tövsiyə edir.

 

Tətillər, təəssüf ki, bu il həmişəki kimi keçirilməyəcək. Lakin indi söhbət ətrafınızda olan insanların təhlükəsizliyindən gedir. “Şəxsi, ailə və ya ictimai səviyyədə verdiyiniz qərarların əhəmiyyətini düzgün qiymətləndirin. Pandemiyanın sonrakı gedişatı onlardan asılıdır”, – deyə ÜST xatırladır.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub