Hazırda gündəlik 400 min maska istehsal olunur - Müəssisə rəhbəri 
16.12.2020 10:43

Ölkədə koronavirusa yoluxma hallarının daha da artması, açıq və qapalı məkanlarda tibbi maskalardan istifadənin məcburi olması bu qoruyucu vasitələrə tələbatı da çoxaldıb.

 

Bəs bu gün ölkədə maska istehsalı ilə bağlı vəziyyət necədir?

 

Aztibb.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva məlumat verib.

 

Onun sözlərinə görə, bu gün MMC-nin nəzdində tibbi maska istehsalı müəssisəsi ölkə təlabatını ödəyir və istehsalda heç bir problem yoxdur:

 
“Müəssisədə normal qaydada gündəlik 400 min maska istehsal olunur. Hazırda 1 milyon ədəd maska, 8 milyon isə xammal ehtiyatımız var. İstehsalat prosesi tam gücü ilə gedir və gündəlik 700-800 min tələbat olduqda belə onu qarşılayır. Bundan əlavə, maska zavodunda tibbi baş geyim, kombinezon və birdəfəlik istifadə üçün cərrahi önlüklər də istehsal olunur. Cəmiyyət arasında bunlara da tələbat var və istehsalı norma qaydada davam edir”.

 

S.Babayeva qeyd edib ki, gələcəkdə maskaya tələbat çoxalarsa, bunun üçün yeni ehtiyat fondu yaradılmalıdır:

 

“Əlbəttə bu, hökumət səviyyəsində hazırlanacaq bir ehtiyat fondu olmalıdır. Belə ki, bizim özümüzün hazırda ehtiyat olaraq 10 milyona yaxın maska üçün xammalımız var, ancaq daha artığına gücümüz çatmaz. Ona görə də, gələcəkdə ehtiyac artarsa, bunun üçün dövlətin də dəstəyi olmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub