Dərman preparatları və tibbi avadanlıqların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
30.07.2020 10:39

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə müxtəlif adda dərman preparatlarının və tibbi avadanlıqların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

 

Aztibb.az xəbər verir ki, komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda 3 ədəd “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində, gömrük nəzarətindən gizlədilən 1783 həb, 612 kapsul, 9 şüşə qablaşdırma və 6 ampul müxtəlif adda dərman preparatı, həmçinin 900 ədəd tibbi maska, 6 ədəd şpris və 2 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır