Erməni təxribatı nəticəsində 10 şagird həlak olub, 16-sı yaralanıb
15.12.2020 10:52

27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb, 54 təhsil müəssisəsi isə dağıntılara məruz qalıb.

 

Aztibb.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

 

Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

 

E.Əmrullayev koronavirus pandemiyası fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə də ətraflı məlumat verib. Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır