“Avqustun 5-dən sonra bütün məhdudiyyətləri götürə bilmərik” - Deputat
30.07.2020 09:22

“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik. Məhdudiyyətlər qismən müxtəlif sahələrdə qalmalıdır”.

 

Bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronovirus İnfo” verilişində deyib:

 

“Lakin coğrafi və lokal təhlillər göstərməlidir ki, hansı yerdə hansı qərarlar verilə bilər. Çox vaxt valideynlər mənə təhsillə bağlı sual verirlər ki, sentyabrın 15-dən sonra dərslər başlayacaqmı?

 

Azərbaycan dövləti nadir ölkələrdən biridir ki, yoluxanlar arasında uşaqların sayı, demək olar ki, sıfırdır. Biz 1 milyon 500 min şagird-müəllim kollektivini qoruya bilmişik. Bu çox ciddi bir nəticədir.

 

Təhlillər göstərir ki, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik.

 

Lakin bizim məqsədimiz müharibəni udmaqdır. Müharibə tək bizim ölkəmizdə deyil, dünyanın 190 ölkəsindədir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır