Mərkəz rəhbəri: Gürcüstanda koronavirusdan ölüm halları artacaq
14.12.2020 18:17

Gürcüstanda növbəti iki həftə ərzində koronavirusdan ölüm halları artacaq.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

 

Onun sözlərinə görə, hazırda 400-dən çox koronavirus xəstəsi süni nəfəs aparatına qoşulub və onların vəziyyəti çox ağırdır.

 

Mərkəzin rəhbəri deyib ki, bu, gözlənilən idi: “Əgər ölkədə yoluxma halları gözlənilmədən həddən çox artırdısa bunun nəticəsində 2-3 həftədən sonra ölüm hallarının da artacağını gözləmək lazım idi”.

 

“Son sutka ərzində ölkədə 49 nəfər koronavirusdan ölüb və ölənlərin ümumi sayı 1839-a çatıb. Bu da Gürcüstan kimi ölkə üçün yüksək göstəricidir”, – deyə A. Qamkrelidze vurğulayıb.

 

Qeyd edək ki, son 24 saat ərzində Gürcüstanda ümumilikdə 6 554 nəfər test olunub, onların da 1337-də koronavirus təsdiqlənib.

 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı bununla da 191 min 63-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub