Avtobuslar saat neçəyə qədər işləyəcək? - Açıqlama
14.12.2020 17:16

Məlumdur ki, hərbi vəziyyətin tətbiq edildiyi dövrdə komendant saatı tətbiq edilən ərazilərdə ictimai nəqliyyat axşam saat 21:00-a qədər işləyib. Bu gün isə sərnişinləri maraqlandıran əsas məsələ sərt karantin dövründə avtobusların hansı saata qədər işləyəcəyidir. Sürücülər isə sərnişinlərə bu barədə məlumatlı olmadıqlarını bildirirlər.

 

"Qafqazinfo" məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrənib. O bildirib ki, paytaxtda sərnişindaşımaların təşkili ilə bağlı bütün zəruri tədbirlər görülür: "Bildiyiniz kimi, hazırda müntəzəm xətlərlə yanaşı ekspress xətlər üzrə də avtobuslar fəaliyyətdədir. Adi rejimlə müqayisədə 20% daha çox avtobus xətlərə buraxılıb. Komendant saatı artıq ləğv edildiyindən avtobuslar hərbi vəziyyətə qədər ki dövrə uyğun qrafiklə çalışır. Yəni müntəzəm xətlər sərnişin axınına uyğun olaraq gecə saat 23:30 bəzən daha artıq müddətə ekspress xətlər üzrə isə 21:00-a qədər çalışır. Amma bəzən ekspress xətlər də 21:30-dək çalışır. 

 

Sərnişindaşımaların əsasən avtobuslarla icra olunduğu indiki vaxtda avtobusların sərbəst hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, postlar ətrafında da sıxlıqlar yaranmasın". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib