Daha 2 nəfər karantin qaydalarını kobud şəkildə pozub
14.12.2020 16:04

Naftalan şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Niyaz Həsənovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi və koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib.

 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları dərhal onun yerini müəyyən edərək tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı ŞPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Ağdaş rayonunda keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib. Çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

 

Şəki şəhər ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılır və icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına nəzarət olunur, obyekt sahiblərinə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır