Ukraynada kafedə məclis təşkil edən azərbaycanlılar deport olunublar
14.12.2020 12:25

Ukraynanın Ternopil vilayətində pandemiya ilə əlaqədar təkrar karantin qaydalarını pozan azərbaycanlılar saxlanılıblar.

 

Azərbaycan vətəndaşları 60 yaşlı Viləşov Ağa, onun oğlu 35 yaşlı Viləşov Namiq və qohumları 30 yaşlı Əliyev Vaqif qadağan olunmuş vaxtda ixtiyarlarında olan kafedə məclis təşkil etdikləri üçün saxlanılıblar.

 

Pandemiya dövründə artıq dördüncü dəfə karantin qaydalarını pozan, hər dəfə də xəbərdarlıq alan və cərimə olunan A. Viləşov və digər adı çəkilənlər barəsində bu dəfə məhkəmə deport qərarı çıxarıb. Onlar buna qədər pandemiyanın ilk günlərindən müxtəlif şəraitdə karantin qaydalarını pozublar.

 

Qeyd edək ki, hazırda Ukraynada həftəsonu karantin rejimi tətbiq olunsa da, bunun özünü doğrultmadığı da bildirilib. Ölkədə karantin rejiminin daha da sərtləşdirilməsi, dekabrda bayram günlərində də bunun tətbiq olunacağı gözlənilir. Ukraynada indiyədək 900 666 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 506 718 nəfər sağalsa da, 15 247 nəfər ölüb. Hazırda ölkədə 378 701 aktiv koronavirus xəstəsi var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub