Qurban bayramı pandemiyaya görə əvvəlki illərdən fərqli qeyd olunacaq
29.07.2020 22:48

İki gündən sonra Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. Xalqımız koronavirus pandemiyası səbəbindən bu dini bayramı əvvəlki illərdən fərqli qeyd edəcək. Artıq Qurban bayramının keçirilməsi, qurbanlıq heyvanların alınması və kəsilməsi ilə bağlı qaydalar da müəyyənləşdirilib.

 

Aztibb.az-ın məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Qurban bayramına hazırlıq işləri və pandemiyanın yaratdığı yeni qaydalar müzakirə olunub. Verilişin qonaqları, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qəbələ bölgəsi üzrə qazısı Ceyhun Rüstəmov Qurban bayramının keçirilməsi ilə əlaqədar müəyyənləşdirilən qaydalardan danışıblar.

 

Bildirilib ki, dövlət səviyyəsində qeyd olunan Qurban bayramı bu il də baş tutacaq. Sadəcə pandemiya səbəbindən insanlar bayramı bir qədər fərqli qeyd etməli olacaqlar. Belə ki, koronavirusa yoluxmamaq üçün qurbanlıqların alışı, kəsimi zamanı kütləvilik olmayacaq, birgə bayram namazı qılınmayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır