Almaniya sərt karantinə keçir
13.12.2020 09:34

Almaniyada ən gec 16 dekabrdan etibarən sərt karantinin tətbiq edilməsi ilə bağlı federal və regional səlahiyyətliləri arasında razılıq əldə edilib.

 

Bu barədə “Business Insider” nəşri məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Almaniya kansleri Angela Merkelin ofisi lokdaunun 15 dekabrda tətbiq olunmasını israr edir. Bu barədə son qərar bazar günü, kanslerlə federal əyalətlərin baş nazirləri arasında onlayn baş tutacaq konfrans zamanı veriləcək.

 

Planlaşdırıldığı kimi, maksimum beş nəfərin fərdi evlərdə və mənzillərdə görüşməsinə icazə veriləcək. Bu qayda 14 yaşdan kiçik uşaqlara şamil edilmir. Lakin 24-26 dekabr tarixləri arasında yalnız qohum şəxslər arasında, ən çox 10 nəfərin görüşməsinə icazə verilməsi gözlənilir.

 

Kansler ofisi ilə bölgə rəhbərləri arasında məktəb və uşaq bağçalarının bağlanması ilə bağlı fikir ayrılıqları mövcuddur. 10 yanvar tarixinə qədər məktəblərdə təhsilin yalnız onlayn şəkildə təşkil ediləcəyi barədə prinsipial razılıq əldə edilsə də, uşaq bağçalarının fəaliyyəti ilə bağlı məsələ açıq olaraq qalır.

 

Merkelin ofisi uşaq bağçalarının ən azı 10 yanvaradək bağlanmasını istəyir, yerli orqanlar isə açıq qalmalarını israr edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub