Afrikada COVID-19 sürətlə yayılır: qitənin 34 ölkəsinin sərhədləri bağlıdır
29.07.2020 18:34

Afrika Fəlakətlərə Nəzarət və Profilaktika Mərkəzinin (ACDC) məlumatına görə, COVID-19-un sürətlə yayılması səbəbindən qitənin 34 ölkəsi arasında sərhədlər bağlanıb, daha 11 ölkə isə giriş-çıxışları məhdudlaşdırıb.

 

Eyni zamanda, Afrikanın 31 ölkəsində karantin rejiminin yumşaldılması pandemiyanın daha geniş yayılması ilə nəticələnib.

 

Aztibb.az xinhuanet.com saytına istinadla xəbər verir ki, ACDC-nin məlumatında Afrikada yeni növ koronavirusun yayılması ilə bağlı son rəqəmlər açıqlanıb. Qitə ölkələrində 878 minə yaxın yoluxma, 18 500-dən çox ölüm qeydə alınıb, 527 mindən çox insan isə sağalıb.

 

Hazırda qitənin 13 ölkəsində sərt karantin rejimi davam edir, ümumilikdə isə, Afrikanın 54 ölkəsinin hamısında insanların bir yerə toplaşması qadağan edilib, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub