Karantini pozan bərbərxana sahibi və müştərisi cərimələndi
12.12.2020 14:16

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızda gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub.

 

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri - orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılıblar.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır