Türkiyədə növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb
11.12.2020 22:27

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması riskinə qarşı tətbiq olunan növbəti 56 satlıq “Evdə qal!” rejiminə başlanılıb. Dekabrın 11-də yerli vaxtla saat 21.00-da qüvvəyə minən bu rejim bazar ertəsi saat 5.00-dək davam edəcək.

 

Aztibb.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 11-də ölkə üzrə 208 min 873 nəfər testdən keçirilib. Onlardan 32 min 106 nəfərdə virus əlaməti aşkarlanıb, 5 min 607 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 226 nəfər ölüb, 5 min 516 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 20 milyon 709 min 452 nəfər testdən keçirilib, 15 min 977 nəfər ölüb. Hazırda 5 min 552 xəstə infeksiya səbəbindən reanimasiyadır.

 

Qeyd edək ki, həftənin ilk beş günü Türkiyədə “Evdə qal!” rejimi saat 21.00-dan saat 5.00-a qədər qüvvədə olur. Cümə axşamları isə qarşıdakı iki günü əhatə edən 56 saatlıq məhdudiyyət qüvvəyə minir. Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13.00-dan 16-dək evdən çıxmağa icazə verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb