5 şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq
11.12.2020 12:32

Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində 5 şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq.

 

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

 

O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:


"Quraşdırılan postlardan yalnız operativ nəqliyyat vasitələrinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) avtomobillərinin hərəkətinə icazə veriləcək, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları və nəqliyyat vasitələri isə yalnız e-icaze.gov.az portalından qeydiyyatdan keçməklə hərəkət edə bilərlər".

 

Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən həmçinin sərt karantin tətbiq edilən 5 şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək: "Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız sms-icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin - nəzarət postları quraşdırılacaq. Postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb