Daha çox insan ürək xəstəliklərindən ölür - ÜST
11.12.2020 09:55

Ürək xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır. Üstəlik getdikcə ölən insanların sayı artır. 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 2000-ci ilə nisbətən 2 milyon çox olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasında deyilir.

 

ÜST-nin məlumatına görə, ürək-damar xəstəlikləri dünyadakı bütün ölümlərin 16 faizinin səbəbidir. Bununla belə ÜST-nin Avropa bölgəsində son 20 ildə ürək xəstəliklərindən ölənlərin sayı 15 faiz azalıb.

 

Planetdəki əsas "qatillər"in ilk onluğuna yeddi qeyri-yoluxucu xəstəlik daxildir. Xüsusilə bu siyahıya ilk dəfə olaraq Altsheymer xəstəliyi və diabet də salınıb. Sonuncunun səbəbi olduğu ölüm 20 il ərzində 70 faiz artıb.

 

Dünyada 10 əsas ölüm səbəbi

 

İşemik ürək xəstəliyi

 

İnsult

 

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

 

Aşağı tənəffüs yolu infeksiyaları

 

Neonatal xəstəliklər və pozuntular

 

Ağciyər, traxeya, bronx xərçəngi

 

Altsheymer xəstəliyi, digər demensiya növləri

 

İshal

 
 
Diabet

 

Böyrək xəstəlikləri

 

"Yeni məlumatlar - qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə diqqət yetirməli olduğumuz barədə daha bir xatırlatmadır", - deyə, ÜST-nin rəhbəri Tedros Gebreyesus bildirir.

 

Yoluxucu xəstəliklər arasında birinci yeri aşağı tənəffüs yollarının infeksiyaları, ilk növbədə isə pnevmoniya tutur. Doğrudur, ÜST-də qeyd edildiyi kimi, bu xəstəliklərlə bağlı ölüm hallarının sayı azalıb.

 

Ölüm səbəblərinin ilk onluğuna artıq HİV / AİDS daxil deyil, qlobal səviyyədə bu sindrom indi 19 yerdədir. Lakin Afrikada - dördüncü sıradadır.

 

20 il ərzində ömür uzunluğu altı il artıb. ÜST-yə görə insanlar indi orta hesabla 73 il yaşayır. Əlbəttə ki, müxtəlif bölgələrdə ömür uzunluğu göstəriciləri bir-birindən fərqlənir.

 

Eyni zamanda, bütün dünyada əlil, xüsusən də həmin xəstəliklərlə - işemik ürək xəstəliyi, insult, diabet, ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli olanların sayı artır.

 

ÜST qeyd edir ki, müxtəlif xəstəliklərlə yanaşı qəzalar da çox vaxt ölüm və əlilliyə səbəb olur. Məsələn, yol-nəqliyyat hadisələrinin sayı artıb. Üstəlik yol qəzalarında xəsarət alanların 75 faizi kişilərdir.

 

ÜST, son 20 ildə Amerikada narkotiklərlə əlaqəli ölümlərin üç dəfə artdığını da bildirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır