Ev şəraitində COVID-19 infeksiyasının müalicəsi yalnız həkim təyinatı ilə aparılmalıdır
10.12.2020 21:07

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı xəstəliyi yüngül keçirənlər ev şəraitində müalicə alırlar. Təəssüf ki, həmin xəstələrin müəyyən hissəsi evdə müalicə olunarkən şəfa tapmaq üçün kimdənsə eşitdiyi, yaxud sosial şəbəkələrdə paylaşılan hansısa resept və üsullardan, türkəçarələrdən istifadə edir. Təcrübə göstərir ki, ağırlaşmaların başlıca səbəbi çox vaxt bununla əlaqədar olur. Evdə müalicə zamanı istifadə edilən dərmanları apteklərdə çalışan əczaçıların məsləhəti ilə deyil, həkim tövsiyəsi və ya reseptlər əsasında tətbiq edilməlidir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Hər dərman bütün xəstələrə eyni qaydada tətbiq edilə bilməz. Müəyyən vitamin qrupları var ki, həkimlə məsləhətləşəndən sonra onları qəbul etmək olar. Həmin vitaminlər əsasən D və S vitamini, sink və selen mikroelementləri, antibakterial və antibiotik dərmanlardır. Həmin dərmanlar sırasına qan durulaşdırıcı preparatlar da daxildir, hətta bəzi xəstələr onu inyeksiya şəklində istifadə edirlər. Antibiotiklərdən qeyri-düzgün istifadə nəinki xəstəliyə müsbət təsir göstərmir, hətta onun gedişatını ağırlaşdıra da bilər”.

 

Digər qrup preparatlar yüksək dozada vitaminlərin venadaxilinə yeridilməsidir ki, bu, qan laxtalanmasına səbəb ola bilər. Ümumiyyətlə, xəstənin ağır simptomları yoxdursa, həkimlər sistemlərlə müalicəni tövsiyə etmirlər. Həmin proses yalnız xəstəxana şəraitində aparılmalıdır.

 

“Qaraciyərə birbaşa təsir edən toksik dərmanların özbaşına istifadəsi yolverilməzdir. COVID-19 infeksiyası ilə yanaşı başqa xəstəliklər varsa, bunu həkimə demək lazımdır ki, onun təyin edəcəyi dərmanlar düzgün olsun”,- deyə həkim-terapevt qeyd edib.

 

Bununla yanaşı, düzgün və rasional qidalanmaya diqqət yetirmək lazımdır. İstirahət və yuxu rejiminə riayət edilməsi də mütləqdir, eyni zamanda çoxlu maye qəbul etmək məsləhətidir. Ev şəraitində müalicə zamanı həmin qaydalara əməl olunması tez sağalmağa səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər