Yunanıstana xaricdən gələnlər 10 günlük karantinə yerləşdiriləcək
09.12.2020 20:12

Xarici ölkələrdən Yunanıstana gələnlərin hamısı 10 gün karantinə yerləşdiriləcək. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas bildirib. Yenilik dekabrın 18-dən başlayaraq tətbiq olunacaq və yanvarın 7-nə kimi davam edəcək. Xüsusən bu qərar xaricdən Milad bayramı ilə əlaqədar ölkəyə qayıdan tələbələrə də şamil olunacaq.

 

Eyni zamanda yanvarın 7-nə kimi ölkənin bölgələri arasında hərəkət dayandırılır. Beynəlxalq sərnişinlər dekabrın 18-dən etibarən 72 saat əvvəl götürülmüş koronavirus testinin neqativ cavabını təqdim etməli və ən geci bir gün əvvəl xüsusi sərnişinin axtarışı formasını (PLF) doldurmalıdır. Eyni zamanda, ölkəyə gəldikdə koronavirusa yoluxmanı aşkar edən ekspress testi etməli və 10 gün karantində qalmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub