ÜST-ün yeni kampaniyası 100 milyon insanın siqareti tərgitməsinə kömək edəcək
09.12.2020 19:29

Siqaretlə bağlı xəstəliklər hər il 8 milyon insanın ölümünə səbəb olur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasıdır. 

 

Aztibb.az bildirir ki, milyonlarla insanın sağlamlığı və həyatı üçün təhlükə yaradan COVID-19 pandemiyası fonunda ÜST siqaretlə mübarizə ilə bağlı qlobal kampaniyaya start verməyə qərar verib.

 

“Siqaret çəkənlərin bu vərdişdən imtina etmək üçün əlavə motivasiyaya ehtiyacı varsa, pandemiya buna daha bir səbəbdir” – deyə, ÜST rəhbəri Tedros Qebreyesus bildirib.

 

ÜST tütün məhsulları istifadə edən insanlarda koronavirus infeksiyasının şiddətli ola biləcəyi tənəffüs, ürək-damar və onkoloji xəstəliklər riskinin daha yüksək olduğunu xatırladır.

 

“Qərar ver və tərgit! kampaniyası (Commit to quit) il ərzində davam edəcək. Onun çərçivəsində ÜST-ün ekspertləri, bir tərəfdən siqaretlə mübarizə ilə bağlı qanunvericilik tədbirlərinin gücləndirilməsi və digər tərəfdən əhaliyə lazımi dəstəyin göstərilməsi ilə bağlı tövsiyələrini ölkələrin səlahiyyətlilərinə təqdim edəcək. ÜST mütəxəssisləri istehlakçılar arasında tütünün zərərləri haqqında məlumat yayacaq və bu pis vərdişi tərgitmək üçün onlara tövsiyələr verəcək.

 

Virtual səhiyyə işçisi Florens ÜST işçilərinə kömək etmək məqsədilə yaradılıb. Günün istənilən vaxtında siqaretdən imtina etməyi qərara alan siqaret çəkənlərin köməyinə gələcək - plan hazırlamağa, mövcud qaynar xətlər və mobil tətbiqetmələr barədə məlumat verəcək.

 

“Qərar ver və tərgit! kampaniyası WhatsApp platformasında da reallaşacaq: orada ÜST-ün müvafiq çatına qoşulmaq olar. Təşkilatın veb-saytında “Tütündən imtina etmək üçün 100-dən çox səbəb” adlı siyahıya rast gəlmək olar.

 

ÜST, ilk növbədə, siqaret çəkənlərin sayı ən çox olan 22 ölkədə təşviqata diqqət ayıracaq. Onların arasında – Rusiya, Ukrayna, Almaniya, Polşa, Türkiyə, ABŞ, Çin və Hindistan.

 

ÜST-ə görə dünyada 780 milyon insan siqareti tərgitmək istəyir. Təşkilat, “Qərar ver və tərgit! kampaniyası sayəsində təxminən 100 milyon tütün istehlakçısının pis vərdişdən qurtula biləcəyinə ümid edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır