“Heathrow” aeroportu sərnişinləri koronavirus testindən keçirməyə hazırlaşır
29.07.2020 13:48

Londonun “Heathrow” aeroportu yay turizm mövsümünü xilas etmək üçün yaxın günlərdə sərnişinlərin koronavirus testindən keçirilməsi üzrə layihəyə start verəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın ən iri hava limanının icraçı direktoru Con Holland-Key “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, iki həftədən sonra “Heathrow” ölkəyə daxil olan sərnişinlərin iş rejimində testdən keçirilməsinə başlaya bilər. Bir testin qiyməti 150 avro təşkil edəcək. Əgər testin cavabları mənfi nəticələnsə, 5-8 gündən sonra təkrar analiz götürüləcək. Beləliklə, insan orqanizmində koronavirus aşkarlanmasa, Birləşmiş Krallıq hökumətinin müəyyən etdiyi iki həftəlik karantin rejimi iki dəfə azaldıla bilər.

 

Con Holland-Key ölkə hökumətinin də bu prosesi başlamaqda maraqlı olduğunu deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır