Koronavirusdan ölən həmkəndlisinin dəfnində iştirak edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb
09.12.2020 12:06

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən, buna baxmayaraq yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.

 

Aztibb.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Pərvanlı kəndində yaşayan Əli Hüseynovun virusun daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak etdiyi məlum olub. Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə sms göndərilməsinə baxmayaraq bu göstərişlərə bilərəkdən əməl etməyib. Bununla da Ə.Hüseynov virusun daha çox yayılmasına şərait yaradıb. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən bu şəxs Pərvanlı kəndinin inzibati ərazisində yerləşən qəbirstanlıqda polislər tərəfindən saxlanılıb. Polislər tibbi prosedurları gözləməklə Ə.Hüseynovu yaşadığı evə qaytarıblar.

 

Onun barəsində Zərdab RPŞ-də Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub