Heç bir səhiyyə sistemi limitsiz deyil – Şahmar Mövsümov
08.12.2020 15:28

Azərbaycanda səhiyyə sistemi çox böyük gərginlik altındadır.


Aztibb.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

 

Ş.Mövsümov bildirib ki, bu gün Azərbaycanda koronavirusa yoluxma halı 4 mindən çoxdur. O, qeyd edib ki, hələ ki, səhiyyə sistemimiz buna tab gətirir, ancaq heç bir səhiyyə sistemi limitsiz deyil: “Xəstəxanalarla daim əlaqədəyəm və görürəm ki, həkimlər çox gərgin vəziyyətdədirlər. Virus daha çox yayılarsa, xəstəxanalara xəstələrin yerləşdirilməsində, dərmanların çatdırılmasında çətinlik ola bilər.

 

Səhiyyə sistemimiz böyük gərginlik altındadır. Hər kəs bunu anlamalıdır. Vətən müharibəsində necə birlik olduqsa, bu məsələdə də birlik göstərməliyik və belə olan halda koronavirusun öhdəsindən gələ bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub