Koronavirusa qarşı vaksinasiya məcburi olmamalıdır - ÜST
08.12.2020 14:00

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən koronavirusa qarşı vaksinasiyanın məcburi olub-olmaması və peyvəndlərin nə dərəcədə təsirli olması ilə bağlı sualları cavablandırılıb.

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ÜST-ün Baş direktoru Tedros Qebreyesus anticisimləri aşkar etməyə və koronavirus infeksiyası olan xəstələrin sayını müəyyən etməyə imkan verən seroloji tədqiqatlardan danışıb.

 

Bu günə qədər bu cür təhlillərin nəticələri dünya əhalisinin böyük əksəriyyətinin hələ də yoluxma riski altında olduğunu göstərir. Dünyada yüzlərlə seroloji tədqiqatlar aparılır, onlar keyfiyyətləri və növləri ilə bir-birindən fərqlənir. Bəzi tədqiqatlar, məsələn, xəstəlikdən sonra anticisim sayının necə dəyişdiyini izləmək məqsədi daşıyır, digərləri bu və ya digər cəmiyyətdəki xəstələnmə göstəricilərini öyrənir.

 

"Biz hələ də müxtəlif əhali qrupları nümayəndələri arasında infeksiyaya qarşı immunitet cavab variantlarını və immun cavab müddətini araşdırırıq", - deyə, doktor Tedros vurğulayıb. O, yanvar ayında ÜST-ün seroloji tədqiqatlar aparmaq üçün metodları standartlaşdırdığını və 60 ölkədəki alimlərin bu protokollardan istifadə etdiyini xatırladıb.

 

Bundan əlavə, o, bir sıra ölkədə önümüzdəki həftə və ya aylarda COVID-19-a qarşı vaksinasiyanın başlanacağını xatırladıb. ÜST-ün rəhbəri hər şeydən əvvəl bu cür müdafiəyə ən çox ehtiyacı olanlara - səhiyyə işçilərinə və yanaşı xəstəlikləri olan insanlara peyvənd təklif etməyə çağırdı. Daha sonra, ÜST-nin hesab etdiyinə görə infeksiya riski yüksək olan marginal əhali qruplarına qayğı göstərmək lazımdır. Eyni zamanda, ÜST rəhbərinin sözlərinə görə, vaksinasiya prosesində əhali koronavirusa qarşı effektivliyini artıq sübut etmiş qoruyucu tədbirlərə riayət etmək məcburiyyətindədir.

 

COVID-19 peyvəndlərinə olan inamsızlığın necə aradan qaldırılacağı sualı cavablandıraraq, ÜST mütəxəssisləri hakimiyyət orqanlarına insanların dəstəklədikləri rabitə kanalları ilə hərəkət etmələrini tövsiyə ediblər. Məsələn, peyvəndin üstünlüklərini izah edərək, xəstəni müalicə edən həkim vaksini təklif edə bilər.

 

“Şübhəsiz ki, hər bir insan özü qərar qəbul edir, - deyə, doktor Keyt O' Brayen vurğulayıb. – Lakin bilinməlidir ki, ÜST-də vaksinlərin təhlükəsizliyinə cavabdeh olan sistem yaradılıb. Hər hansı mümkün yan təsirlər diqqətlə araşdırılır”. Vaksinlərin təhlükəsizliyi, onun sözlərinə görə, COVID-19 vaksinasiyasından keçmiş və ya keçən böyük sınaqların əsas amillərindən biridir.

 

Eyni zamanda, onun fikrincə, vaksinasiya məcburi olmamalıdır. ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan da bu mövqedədir. “Hökumətlərin məcburi peyvənd tələb edə biləcəyi müəyyən hallar var, - deyə o, qeyd edib. – Lakin bundan qaçmaq daha yaxşı olar”. ÜST-də "məcburi vaksinasiya" əvəzinə əhalini maarifləndirmək və vaksinlərin təhlükəsizliyi və faydalarına inandırmaq tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır