Bakıda 26 obyekt karantin qaydalarını pozub
08.12.2020 11:36

Bakıda 26 obyekt karantin qaydalarını pozub.

Aztibb.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 4-5 dekabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Suraxanı rayonunda “Bizim market”də, Xəqani Nadirova məxsus “İnşaat materialları” mağazasında, Xətai rayonunda “Oba market”də, “Eko Mart mağaza”da, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus “Ərzaq mağazası”nda, Samir Mirzəyevə məxsus ticarət obyektində, Binəqədi rayonunda Möhbalı Şahverdiyevə, Rima Məmmədovaya, Vüqar İslamova məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Əlixan Nəcəfova məxsus “Quru meyvələrin satışı” mağazasında, Qaradağ rayonunda “Uluxanlı market”də, Sabunçu rayonunda “Rahat Zabrat supermarket”də, “Aysel parfümeriya” mağazasında, Nərimanov rayonunda “Göktaş membran mətbəx qapıları mağazası”nda, Saday Alışova məxsus tikinti materialları mağazasında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus “Ozon aptek”də, Yasamal rayonunda “Medical house” MMC-yə məxsus “Stomatoloji klinika”da, “Qlükozafarm” MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda Firidun Axundova məxsus “Telefon dükanı”nda, “Dokta” MMC-yə məxsus “Elit aptek”də, ümumilikdə monitorinq aparılmış 745 obyektin 26-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

 

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub