Ümumdünya Səhiyyə Təşkilatı Türk Şurası ilə əməkdaşlığı möhkəmləndirir
07.12.2020 23:49

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun (ARB) rəhbəri doktor Hans Kluge və Türk Şurasının Baş katibi Bağdad Amreyev iki təşkilat arasında bu ilin sentyabrında imzalanan anlaşma memorandumunun həyata keçirilməsini müzakirə ediblər. Sənəd sağlamlıq və əməkdaşlıq naminə vahid fəaliyyət planının yaradılmasını nəzərdə tutur.

 

Aztibb.az ARB-yə istinadla xəbər verir ki, iki günlük məsləhətləşmələr zamanı tərəflər, ümumdünya səhiyyə əhatə dairəsi, peyvənd yolu ilə hamının sağlam həyatının təmin edilməsi və üzv dövlətlərdə qeyri-yoluxucu xəstəliklər barədə danışıblar.

 

Nəzərdə tutulmuş planların həyata keçirilməsini asanlaşdırmaq üçün Türk Şurasına üzv dövlətlərdə ÜST-ün əlavə əməkdaşlıq mərkəzlərinin yaradılmasının zəruriliyi xüsusi vurğulanıb.

 

Türkmənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və digər ölkələrin İsveçrədəki nümayəndəliklərinin rəhbərləri ilə brifinq keçirilib, ÜST-ün Türk Şurasına üzv olan ölkələrdəki nümayəndələri tərəfindən məruzələr edilib.

 

Doktor Hans Kluge çıxışında ÜST-ün Avropa Regional Bürosu ilə Türk Şurasına üzv dövlətlər arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır