Bioloq alim: "Selen çatışmazlığı dövrümüzün ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilər"
29.07.2020 11:59

Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov Bakı şəhər Baş Səhiyyə İdarəsində məruzə ilə çıxış edib.

 

Məruzə ətraf mühit amillərindən biri olan seleniumun statusunun COVID-19, Ebola və digər RNT virus infeksiyalarının genomuna daxil olan HİV/AİDS-in inkişafına və patogenliyinə təsirinə dair çoxsaylı tədqiqatlar əsasında aparılan araşdırmalara həsr olunub.

 

T.Hüseynov mövcud və elmi cəhətdən sübut edilmiş tədqiqatlara əsaslanaraq qeyd edib ki, kimyəvi elementlərdən biri olan Selenin (Se) insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılmış virus xəstəliklərinin inkişafına səbəb ola bilər. O, Hantavirus, Koksaki, quş qripi, Ebola və digər təhlükəli virus xəstəliklərinin COVID-19-a bənzər simptomlara malik olduğunu deyib.

 

Məruzəçi vurğulayıb ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda artmaqda olan selenium çatışmazlığı birbaşa antropogen insan fəaliyyəti ilə əlaqəli ekoloji vəziyyətin ciddi şəkildə pisləşməsi ilə nəticələnir. Xüsusilə, qaz anhidritlərinin əhəmiyyətli dərəcədə atmosferə atılmasına, torpağın turşuluğuna, eləcə də ağır elementlərə səbəb olan enerji, sənaye, rabitə, nəqliyyat sahələrinin intensiv inkişafı nəticəsində bitkilər tərəfindən udulan və onlar vasitəsilə insan orqanizminə daxil olan seleniumun hərəkətli formalarının azalmasına səbəb olur.

 

Professorun sözlərinə görə, Selenin dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına (Koksaki virusu – Keşan əyaləti, Çin) səbəb olub. Qeyd edib ki, Selenium Cənubi Qərbi Afrikada xəstəliyin HİV-dən QİÇS-ə yoluxmasının qarşısını alan əsas dərmanlardan biri olub. Selenium çatışmazlığından əziyyət çəkən dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə və Asiyanın əksər hissəsində, Avstraliyada, Afrikada, habelə bir çox MDB ölkələrində (Rusiya, Ukrayna, Belarusiya və s.) və Baltikyanı ölkələrdə Seleniumun vəziyyətinin normallaşmasını təmin etmək istiqamətində qanunvericilik səviyyəsində dövlət proqramları qəbul edilib.

 

COVID-19-un tənəffüs xəstəliklərindən daha çox damar xəstəliyi olduğunu söyləyən məruzəçi virusun faciəvi nəticələrinin əsasən qanın laxtalanması ilə əlaqədar olduğunu, natrium selenitin isə antitrombotik xüsusiyyətlərə malik və tromboksanın yaranmasına mane olduğunu vurğulayıb.

 

Alimin sözlərinə görə, bununla yanaşı, iflicin inkişafı ilə birbaşa əlaqəli olan trombopeniyanın COVID-19 virusuna yoluxma zamanı baş verdiyi də aşkar edilib: “Bütün bunlar koronavirusa qarşı həssaslığın və onun ağırlaşmalarının seleniumun orqanizmə qəbul dərəcəsindən asılı olduğunu göstərir. Natrium selenit özü bu xəstəliyin müalicəsində təsirli ola bilər”, – deyə T.Hüseynov bildirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər