"Biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik"
07.12.2020 14:14
Bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib. Q.İsmayılov yaralılar arasında ən çox rast gəlinən xəsarətlər, onların müalicəsi haqqında məlumat verib. Bildirib ki, uzun müddətdir Tədris Cərrahiyyə Klinikasında Vətən müharibəsində döyüşən və yaralanan qazilər müalicə alır:
 
"Bizim əsasən xəstələrimiz ən çox travma alan əsgərlər idi. Ağız-üz-çənə, göz burun-boğaz və kəllə-beyin zədəsi almış xəstələrdən ibarət idi. Bu xəstələrin müalicəsi hərbi hospitalda başladı və tədris cərrahiyyə klinikasında isə davam etdirildi. Bu ümummilli işimizə bizim şöbənin kollektivi ilə yanaşı, burun- boğaz, neyrocərrahiyyə və ağız-üz-çənə üzrə sahələrin də aparıcı mütəxəssisləri könüllü olaraq qoşuldu.
 
Bu müddət ərzində mən 117 ağır xəstə üzərində ağır əməliyyatlar apardım. Mən burada xüsusən haqqı olan bir neçə həkimlərimizin adlarını çəkmək istəyirəm. Onlardan Aytən Eyvazova, Aynur Verdiyeva, Gülnar Əliyeva və Fərhad Nurməmmədov gecə-gündüz əllərindən gələni əsirgəmədilər. Onlar ağır yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı əməliyyatlarda yaxından iştirak etdilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhdəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik.
 
Həmin zamanlar baş verən bir sıra maraqlı və yadda qalan faciəvi anlarla da qarşılaşdım. Heç vaxt yadımdan çıxmayan bu epizodları istəyirəm ki, sizinlə də bölüşüm: “İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi, yenə də iki gözünü itirmiş digər pasiyentimizin – “həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi” sualını verməsi mənim həyatımda rast gəlmədiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri olduğunu hesab edirəm. Və yaxud başqa bir ağır yaralı əsgərin - canım, qanım torpağıma və Azərbaycanıma qurbandır - söyləməsi məni nə qədər qürurlandırdığını heç cür sözlə ifadə edə bilmirəm.
 
Eşq olsun belə vətən oğullarımıza. Belə igidləri olan ölkə heç zaman düşmən işğalında qala bilməz!".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub