"Döyüşlərdə həmkarlarım da şəhid oldu" - Əsgərlərin həyatını qurtaran həkim
07.12.2020 10:25

Vətən müharibəsində ön cəbhədə vuruşanlarla birgə arxa cəbhədə həkimlərimiz də döyüşdü. Belə qəhrəmanlarımızdan biri də həkim Azər Hüseynovdur.

 

İxtisası stomatoloq olan A.Hüseynov "Report"a döyüşlər barədə danışarkən bildirib ki, könüllü olaraq həkim kimi əvvəl Naftalan rayonu istiqamətinə yollanıb.

 

Onun sözlərinə görə, daha sonra Füzuli rayonu ərazisində yerləşən xəstəxanada yaralı əsgər və hərbi qulluqçulara ilkin tibbi yardım göstərib:

 

"Döyüşlər zamanı yaxın həkim dostlarım şəhid oldu. Onlar da könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. Müharibə dövründə düşmən qəsdlə həkimləri hədəf alırdı. Tanıdığım bir neçə həkim şəhidlik zirvəsinə yüksəldi".

 

İkinci Qarabağ müharibəsi zamanı A.Hüseyov həm yaralı əsgər və zabitlərin həyatını xilas edib, həm də dostları ilə birgə Orduya maddi yardım göstərib.

 

O qeyd edib ki, yaxın dostları ilə birgə yaratdıqları təşkilat vasitəsi ilə şəhid olan şəxslərin ailə üzvləri və qazilərimizə stomatoloji xidmətlər pulsuz olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib