Göz üçün təbii vitaminlər – Luteinli bitkilər
29.07.2020 12:30

Harvard Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, lutein gözün torlu qişasında yığılma qabiliyyətinə malikdir və o, gözü qoruya bilir. Lutein qlaukomanın, kataraktanın əmələ gəlməsi təhlükəsini azaldaraq normal görmə qabiliyyəti, uzaqgörmə və yaxıngörmənin bərpası üçün çox vacib hesab olunur.

 

Müasir tibdə elmi surətdə təsdiq edilib ki, sabahgülü (rus. "бархатцы", latın "Tagetes") müalicəvi xüsusiyyətlərinə görə göz xəstəliklərində olduqca effektivdir. Tərkibində çox miqdarda lutein olduğundan hormonlara təsir edərək ətrafı rəngli görməyimizi təmin edir. Hətta son zamanlar yenidoğulmuşların qidalarına da lutein maddəsi əlavə olunur.

 

Bunu Aztibb.az-a müsahibəsində xalq təbabətçisi İlhamə Zərdabi deyib.

 

O, bildirib ki, qədim zamanlardan xalq təbabətində, o cümlədən şamanlar tərəfindən dini mərasimlərdə geniş istifadə olunan sabahgülü bitkisi lutein, A və E vitaminləri, alkaloidlər kimi qiymətli maddələrlə və fitoaktiv elemenlərlə zəngindir, çiçəklərində çoxlu miqdarda efir yağları mövcuddur.

 

“Sabahgülü ürək-damar xəstəliklərində xolesterolu aşağı salır, mədə-bağırsaq xıstəliklərində sedativ təsirinə görə sakitləşdirici effekt verir, kosmetik vasitələrin hazırlanmasında geniş istifadə olunur”, – deyə bildirən İ.Zərdabi luteinin əsas mənbəyinin yumurta sarısı, ispanaq, kahı, yaşıl noxud, cəfəri, ağ kələm, balqabaq, kabak və qırmızı şirin bibər olduğunu vurğulayıb.

 

İnsan orqanizmi üçün tələb olunan lutein miqdarı haqqında məlumat verən xalq təbabətçisi qeyd edib ki, bir günlük lutein dozası 5 mq təşkil edir. Lakin xəstəlikdən asılı olaraq günlük doza 10 mq-a qədər artırıla bilər.

 

O, həmçinin sabahgülü dəmləməsinin faydalarından danışıb. Bildirib ki, dəmləmə zamanı istifadə olunan çiçək sayı 7-yə qədər artırıla bilər: “Bu çay ginekoloji xəstəliklərdə sxemə uyğun istifadə olunur. Onun araqda dəmləməsi isə mədəaltı vəzi və şəkər xəstəliklərində geniş tətbiq olunur. Sabahgülüdən zeytun və badam yağlarında hazırlanan məlhəm çibanlarda, öskürəkdə və göbələk xəstəliklərində olduqca faydalıdır”.

 

İ.Zərdabi sabahgülünün gürcü mətbəxində ədviyyat kimi istifadə olunduğunu da diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb