Azərbaycan Tibb Universiteti beynəlxalq konqresdə uğurla təmsil olunub
28.07.2020 20:32

Türkiyənin Kapadokya şəhərində “İdman, Antropologiya, Qidalanma, Anatomiya və Radiologiya üzrə SANAR 2020” ikinci beynəlxalq konqresi keçirilib.


Onlayn formada keçirilən tədbirə ümumilikdə 7 ölkənin 45 universitetindən 300-ə yaxın tədqiqatçı qatılıb.


Beynəlxalq konqres işini 29 bölmədə davam etdirib.

 

Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinskinin rəhbərliyi ilə kafedranın əməkdaşları konqresdə uğurla çıxış ediblər.

 
Tədbirdə professor Gülqız Hüseynovanın “Axacağı S-şəkilli əyrilik əmələ gətirən sidik kisəsi vəzilərinin morfoloji xüsusiyyətləri”, dosent Sədaqət Rüstəmovanın “Tirositlərin həyati və ölümdən sonrakı deskvamasiyasının morfoloji xüsusiyyətləri” və baş müəllim Gülnarə Kərimzadənin “Üz sinirinin yanaq şaxəsinin topoqrafiyası” mövzusunda məruzələri dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır