Urumçidə COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub
28.07.2020 17:22

Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçi şəhərində COVID-19-un ikinci dalğası ilə mübarizəyə 210 min könüllü cəlb olunub.

 

Aztibb.az xəbər verir ki, şəhərdə epidemioloji nəzarət tədbirlərində səlahiyyətli qurumların əməkdaşları ilə yanaşı, könüllülər də fəal iştirak edirlər. Könüllülər şəhərin müxtəlif yerlərində sakinlərin bədən hərarətinin ölçülməsi, qapalı rejimdə olan yaşayış məhəllələrinin sakinlərinə ərzaq və digər gündəlik tələbat mallarının çatdırılması, xüsusi qayğıya ehtiyacı olan şəxslərə baxıcılıq xidmətlərinin göstərilməsi, habelə sosial məsafənin qorunmasına nəzarət işlərinə dəstək verirlər.

 

Urumçidə pandemiyanın ikinci dalğası başlayandan sonra şəhər rəhbərliyi sakinlərin koronavirus testindən kütləvi keçirilməsinə də başlayıb. Artıq yüksək riskli zonada olanların birinci mərhələdə test edilməsi başa çatıb. Bu mərhələdə 1,7 milyon nəfər test edilib. Hazırda həmin əhali qrupu üzrə ikinci dəfə test aparılır. Test prosesini həyata keçirmək üçün Çinin digər şəhərlərindən Urumçiyə tibbi briqadalar cəlb olunub.

 

Qeyd edək ki, 149 günlük fasilədən sonra iyulun 15-də Urumçidə ilk yoluxma qeydə alınıb. Sonra isə yoluxma sayında artım müşahidə olunub. Ötən gün isə rekord sayda - 57 təsdiqlənmiş və 13 asimptomik yoluxma qeydə alınıb. Virusa yoluxanlarla yaxın təmasda olmuş 8809 nəfər tibbi nəzarət altındadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır