Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
04.12.2020 11:28

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi daxili işlər orqanları tərəfindən nəzərətdə saxlanılır.

 

Aztibb.az bu barədə Daxili İşlər Nazirliyindən bildiriblər. Respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıblar.

 

17 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

 

Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub